Portuqaliya və Slovakiya müəllimləri ilə məktəbimizdə görüş

  

     Məktəbimizin qabaqcıl ve yaradıcı ingilis dili müəllimi Aytən Cəfərova daha bir uğura imza ataraq Bakıda keçirilən "Innovation and Education" etwinning beynelxalq seminarda qurduğu layihənin tərəfdaşlarını məktəbimizə dəvət edərək, şagirdlərlə görüş keçirərək həm öz layihəsini təqdim etmiş, həm də tədris prosesi ile tanış etmisdir.

     Görüşdə Portuqaliyanin eTwinning üzrə layihə rəhbəri və nazirlik nümayəndəsi Teresa Lacerda  və məktəb müəllimləri Maria  Francisca Pessoa, Rui  Rijo, Francisca Soares, Elsa Ramos həmçinin Slovakiyanın ingilis dili müəllimləri Roman Rom Mojš ve Miroslava Dechtarova da iştirak etmişlər.

      Qonaqlar məktəbin kitabxanası, sinif otaqları, laboratoriyalari ilə tanış olmuş. Şagirdlərimizlə interaktiv ünsiyyət qurmuş, fikir və mədəniyyət mübadiləsi etmiş və şagirdimiz tərəfindən  Azərbaycanın milli musiqi aləti olan tarda ifasını böyük həvəslə dinləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi