" İnnovasiya və təhsil" adlı beynəlxalq seminar

Məktəbimizin yaradıcı ingilis dili müəllimlərindən olan Cəfərova Aytən 15-17 May tarixlərində "eTwinning" layihəsi çərçivəsində " İnnovasiya və təhsil" adlı beynəlxalq seminarda iştirak edib.

Seminarda Albaniya, Bolqarıstan, Çex Respublikası, Finlandiya, Portuqaliya, Slovakiya və Sloveniyanı təmsil edən 25 təhsil işçisi, müvafiq ölkələrin  təhsil nazirlərinin nümayəndələri, həmçinin ölkə üzrə 8 regiondan ümumilikdə 28 müəllim iştirak edib. Tədbirdə çıxış edən Elm və Təhsil nazirinin müavini Həsən Həsənli " eTwinning" layihəsinin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə danışaraq layihəəsaslı dərs modelinin qurulması və təcrübə mübadiləsinin aparılması baxımından layihənin əhəmiyyətini vurğulayıb.

Seminar zamanı İKT- nin təhsilə tətbiqi, layihəəsaslı tədris və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək təlim və panel müzakirələr təşkil olunub. Təlimlər həm xarici, həm də yerli mütəxəssislər tərəfindən keçirilmiş və yeni layihələr yaradılıb.

Cəfərova Aytən Slovakiyalı həmkarı, Miroslava Dechtarova ilə birgə quruculuq etdiyi

 " Eco-Techno Friends" adlı layihə bəyənilib və təsdiqlənib. Seminarın sonunda beynəlxalq sertifikatla təltif olunub.

Qeyd edək ki, "eTwinning" layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb və ali təhsil sahələrində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq, ortaq dərs modelləri yaratmaq və Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Bu yolda hər kəsə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi