"Böyük Ömrün Salnaməsi"

Mayın 8-də məktəbin akt zalında “Böyük Ömrün Salnaməsi” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, fəxri qonaqlarımız ,tədbir  boyu şeirlərinə müraciət etdiyimiz şairə Zöhrə xanım Qaraqızı, yazar Reyhan xanım Yusif qızı, müəllimlər,şagirdlər və valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Dövlət Himni səsləndirilib.         

Tədbir daha sonra məktəblilərin bir-birindən maraqlı çıxışları, şeir və rəqs nümunələri ilə davam edib.   Edilən çıxşlar zamanı ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edilərək Ulu Öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağı və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağı vurğulanıb.

Sonda tədbirin təşkilinə görə məktəbin ibtidai sinif müəllimləri Səlbinaz Babayeva və Safura Əliyevaya, bütün tədbir iştirakçılarına və qonaqlarımıza minnətdarlığımızı bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi