"Dəyirmi masa" keçirilib

Elə sənətkar var ki, bütün yaradıcılığı boyu nə yazırsa, həyatın hansı problemlərinə müraciət edirsə, həmişə öz sənətkar təbiətinə, yaradıcılıq prinsiplərinə sadiq qalır.Buna yaradıcılıqda  özünəməxsusluq deyirlər və bu özünəməxsusluq  həmin sənətkarı ədəbiyyat aləmində bir kimsə ilə eyniləşdirməyə imkan vermir.  Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev məhz belə sənətkarlardandır.

İ.Əfəndiyev ilk romanını bir qədər gec yazdı, amma bu roman – “Söyüdlü arx” Azərbaycan nəsrində bir hadisə kimi qiymətləndirildi. 50-ci illərin sonlarında işıq üzü görən bu roman həm ədəbiyyatda, həm də İ.Əfəndiyev yaradıcılığında dönüşün başlandığından xəbər verirdi.  Ölkədə demokratik ab-hava, ictimai-siyasi atmosferdə mülayimləşmə hiss olunurdu və heç şübhəsiz, İ.Əfəndiyev yenilikçi bir yazıçı kimi bunu vaxtında hiss edirdi. O, bu əsərdə Azərbaycan kəndinin mənəvi problemlərini işıqlandırdı. O, cəmiyyətin ictimai-siyasi mənzərəsini deyil, yenə də insan qəlbinin dialektimkasını ön plana çəkdi. 

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Nəbiyevanın təşkilatçılığı ilə İlyas Əfəndiyevin 26 may doğum günü ilə əlaqədar olaraq direktor müavinləri Ruxsarə Əlizadə, Ofeliya Arazova, Azər Yusifov və Azərbaycan dili və ədəbiyyat müəllimi Nazilə Əbdülhəsənovanın iştirakı ilə “Dəyirmi masa” keçirilib. Belə ki, şagirdlər “Söyüdlü arx” romanını oxuyub mövzusu ətrafında müzakirə aparıblar.

«Söyüdlü arx» yazıçının ilk romanı olmaqla oxucuların böyük sevgisi ilə qarşılanmış, milli nəsrdə lirik-psixoloji təmayülün əsasını qoymuş, tezliklə tərcümə edilərək dünyanın bir çox dillərində geniş yayılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi