"Ömrün Heydər Zirvəsi"

 

       Mayın 5-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Badisəba Səfərova və Nazilə Əbdülhəsənovanın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ömrün Heydər Zirvəsi” adlı tədbir keçirilib.

      Tədbir öncəsi şagirdlər Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.Tədbir Ulu Öndərin , Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

      Tədbirdə şagirdlər  Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib və vətənpərvərlik mövzusunda mahılar və şeirlər səsləndiriblər.

      Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və Heydər Əliyev irsinin öyrənilməsində böyük rolu olan tədbir təşkilatçılarına minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi