“Riyaziyyatdan dünyaya pəncərə” adlı müsabiqə

Məktəbdə riyaziyyat müəllimləri Tahirə Səmədova və Nərgiz Mahmudovanın  təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Riyaziyyatdan dünyaya pəncərə” adlı müsabiqə keçirilib. Tədbirdə məktəbin 8-ci sinif və 7c sinif şagirdləri iştirak ediblər.

Müsabiqə 5 mərhələdə həyata keçirilib.    1-ci mərhələdə şagirdlər özlərini təqdim edərək tədbir iştirakçılarını salamlayıblar. 2-ci mərhələ “Ən kreativ qəzet” mərhələsi idi. Bu mərhələdə şagirdlərin hazırladıqları və foyedə yerləşdirilən qəzetlərlə münsiflər heyətinin üzvləri,müəllimlər və şagirdlər tanış olublar. 3-cü “Ən yaxşı slayd” mərhələsində hər bir sinif hazırladıqları slaydları nümayiş etdiriblər. “Ən yaxşı konstruktor” adlı 4-cü mərhələdə öncədən hazırlanmış fiqur və konstruksiyalar nümayiş olunub.Şagirdlərin yaradıcılıq qabiliyyəti tədbir iştirakçılarını yaxşı mənada təəccübləndirib. Müsabiqənin kulminasiya nöqtəsi olan “Breyn-rinq”də komandalar öz riyazi bilik və bacarıqlarını nümayiş etdiriblər.

Keçirilən bu müsabiqə istedadlı şagirdlərin bütün qabiliyyət və bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsində əsas rol oynayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi