Maarifləndirici tədbir

Aprelin 20-də Bakı Gənclər Mərkəzində zamanın aktual problemi olan insan alverinə qarşı mübarizə haqqında maarifləndirici tədbir həyata keçirilib. Məktəbimizin şagird və müəllimləri də bu tədbirdə iştirak ediblər.

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova və Psixoloq Ülvi Zeynalov tərəfindən keçirilən təlimdə, əsasən insan alveri fenomeni, onun növləri və üsulları, insan alveri qurbanlarına sosial yardım, qurbanların reabilitasiya və reinteqrasiyası, insan alverinə qarşı mübarizədə erkən indentifikasiyanın rolu kimi mövzular əhatə olunub.

Təlimdə insan alverinə qarşı mübarizə aparmağın yolları real təcrübələrə istinad edilərək gənclərin iştirakı ilə maraqlı formatda həyata keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi