“Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah”

Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınıb. O öz xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli-mənəvi dəyərlərimizin keşiyində dayanıb. M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Onun "Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə öz əhəmiyyətini indi də saxlayır.

Aprelin 19-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Nəbiyevanın təşkilatçılığı ilə Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli  şah” əsəri səhnələşdirilib.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər, eyni zamanda Azərbaycan Milli Konservatoriyasının II kurs tələbələri iştirak ediblər. Şagirdlər onlara verilən rolları böyük məharətlə ifa edərək öz istedadlarını nümayiş etdiriblər.

Tədbirdən aldığımız mənəvi qida,xoş təəssürat üçün başda məktəb rəhbərliyi olmaqla , bütün tədbir iştirakçılarına və  Günel Nəbiyevaya öz dərin minnətdarlığımızı bildiririk. Yeni tədbirlərlə hər zaman öndə olmalarını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi