“Açıq Qapı”

Aprelin 19-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” tədbiri təşkil edilib. Məktəbin biologiya müəllimi Sevinc Mövlamverdiyevanın təşkilatçılığı ilə 8-ci və 9-cu sinif şagirdləri də bu tədbirdə iştirak ediblər. Tədbirdə şagirdlərə  mərkəzdə tələbələr üçün yaradılmış imkanlar, tədris olunan ixtisaslar və peşə təhsil müəssisəsinin digər imkanları haqqında ətraflı məlumat verilib. İştirakçılar həmçinin peşədə inklüziv tədris və xidmətlər, hazırki qəbul qaydaları, peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində cari fəaliyyətlər haqqında ətraflı məlumatlandırılıblar.

“Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi