Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dəyirmi masa”

Aprelin 12-də məktəbin tarix müəllimi Babək İsmayılovun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Dəyirmi masa” keçirilib.

Tədbirdə direktor müavinləri Ruxsarə Əlizadə, Azər Yusifov, psixoloq Validə Məmmədova, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Dövlət himninin səslənməsi ilə başlanıb. Daha sonra tədbir iştirakçıları ulu öndərin vətən, xalq qarşısında göstərdiyi xidmətlərdən danışıblar. Şagirdlər hazırladıqları təqdimatları təqdim edib, Heydər Əliyevin dəyərli kəlamlarından sitatlar gətiriblər.

Sonda Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyətinə həsr olunmuş videolent təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi