"Sağlam həyat" günləri

Beynəlxalq İdman Günü münasibəti ilə Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Sağlam həyat” günləri davam edir. Bununla əlaqədar olaraq məktəbimizin şagirdləri aprelin 8-də Böyükşor Bulvarında quraşdırılan xüsusi zonalarda özlərini sınayıblar. Əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği olan “Sağlam həyat” günlərində şagirdlər qaçış, yerindən uzunluğa tullanma, ağırlıq qaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi üzrə müvafiq normativləri yerinə yetiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi