Torpaq,uğrunda ölən varsa Vətəndir !

         Martın 30-da məktəbimizin şagirdi, vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Süleymanov Mirsüleyman Aydın oğlunun mövludu münasibəti ilə tədbir keçirilib. Bununla əlaqədar olaraq şagirdlərimiz onun üçün kompozisiya hazırlayıblar.Tədbirdə şəhidimizin anası və bacısı da iştirak ediblər.

     Süleymanov Mirsüleyman Aydın oğlu 30.03.1998-ci il tarixində Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri 271 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib və 2015-ci ildə həmin məktəbi bitirib .Mirsüleyman 02.07.2019-cu ildə hərbi xidmətə çağırılıb. 2020-ci il Zəfərlə nəticələnmiş Qarabağ savaşında, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün başlanan haqq savaşında Mirsüleyman da cəbhəyə yollanıb. Əsl qəhrəman kimi erməni işğalçılarının müqəddəs torpaqlarımızdan qovulmasında fəal iştirak edib.17.10.2020-ci il növbəti hücum zamanı mənfur düşmənin atdığı minaatan mərminin partlaması nəticəsində 13 döyüş yoldaşı ilə birlikdə Mirsüleyman Şəhidlik zirvəsinə yüksəlib.

       20 noyabr 2020-ci il tarixində müqəddəs bayrağımıza sarılan nəşi Bakıya gətirilib, Bakıxanov qəsəbəsində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mirsüleyman Süleymanov ölümündən sonra " Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunması" medalları ilə təltif edilib. Yaşadığı binanın girişində xatirə lövhəsi asılıb və xatirəsinə həyətdə bulaq tikilib.

      Allah nur üzlü, say-seçmə Şəhidlərimizə rəhmət eləsin! Onların uğrunda şirin canlarından keçdiyi Ərlər yurdu Azərbaycan daim çiçəklənən xoşbəxt bir ölkə olaraq əbədi yaşayacaq! Ruhu şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi