2019-2020-ci tədris ilinin birinci Pedaqoji şurasının iclası

03 avqust 2019-cu il tarixdə Suraxanı rayonu E.Qaranzadə adına 270 saylı tam orta məktəbdə Pedaqoji Şuranın 2019-2020-ci tədris ili üçün Pedaqoji Şuranın ilk iclası keçirildi. İclasın gündəliyində müzakirə olunan məsələlər bunlardır:
1. Pedaqoji Şura katibinin seçilməsi.
2. 2019-2020-ci dərs ili üçün Fəaliyyət planının müzakirəsi və qəbul edilməsi
3.Yay tapşırıqlarının yerinə yetrilməsi vəziyyəti haqqında .
4. Məzunlarımızın ali məktəbə qəbulu haqqında məlumat
5.Şagirdlərin sinifdən-sinfə keçirilməsini , sayının dəqiqləşdirilməsi və təsdiqi
6.Müəllimlərin dərs yükünə yenidən baxilması, dərs cədvəlinin müzakirəsi və təsdiqi
7.Metodbirləşmə və sinif rəhbərlərinin təyin edilməsi və təsdiqi.
8.Cari məsələ.
Pedaqoji Şura Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Cari tədris ilinin qəbul nəticələri müzakirə edildi. Məktəbi bitirən 43 şagirddən 33 nəfər ali məktəbə qəbul olmuşdur. Humanitar-riyaziyyat iqtisadiyyat təmayüllü sinfin 22 şagirdinin yalnız biri tələbə adını qazana bilməmişdir. Sinfin 4 şagirdi 600-dən yuxarı bal toplamışdır.14 şagird isə 400-dən yuxarı bal toplamışdır.Bu nəticənin ərəsəyə gəliməsində böyük əməyi olmuş müəllimlər rəhbərlik tərəfindən mükafatlandırıldı. Sinif rəhbərləri və ibtidai sinif müəllimləri fəxri fərmanla təltif edildi.Mən bir müəllim və bir vətəndaş olaraq çox sevinirəm ki , təhsilimiz günü-gündən inkişaf edir, yüksəlir. Sonra yeni əmək fəaliyyətinə başlayan müəllimlər andı oxuyub,and içdilər.İclasda 60 illik yubileyi olan riyaziyyat müəllimi olan Qəribova Nərminə və ibtidai sinif müəllimi olan Abdullayeva Şəfiqə müəllimənin 50 illik yubileyi münasibəti ilə kollektiv , rəhbərlik tərəfindən təbrik edildi və mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi