Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

            31 Dekabr-Dünya  Azərbaycanlılarının  həmrəylik  Günü  və  Yeni  il  bayramıdır.Ölkəmiz  bu  münasibət  ilə  iki  bayramı  bir  yerdə  qeyd  edir.Bayram  bayrama  qarışır.Bu  bayramda  hamıdan  çox  sevinən  uşaqlar  olur.Yeni  ilin  gəlişini  uşaqlar  daha  çox   səbirsizliklə  gözləyirlər.

      Bu  bayram  münasibəti  ilə məktəblər  də  bir-birindən maraqlı  bayram  şənlikləri  qeyd  olunur.Məktəbimizdə  də  bu  bayramlar  münasibəti  ilə  şəhid  Müşviq  Orucovun  adını  daşıyan  5 “C”  sinfi  öz  bayram  hədiyyəsini  məktəb  şagirdlərinə  təqdim  etdi.

Tədbir  ilk  öncə  Dövlət   Himnimizin  sədaları   altında  açıq  elan  olundu.Daha  sonra  şagirdlər  bir-birindən maraqlı  nömrələrlə  çıxış  etdi.

31  Dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəyli  Gününə   aid  şeir  və  mahnıları  ifa  etdilər.Ən  sonda  isə  şagirdlər  “Cəngi”  rəqsi  ilə  tədbiri   tamamladılar.

     Tədbirin    məktəb  rəhbərliyinin , sinif  rəhbəri  Abdullayeva  Aynurə  ,Azərbaycan  dili  və  ədəbiyyat  müəllimi  Hüseynova  Sədaqətin  təşkilatçılığı  ilə  hazırlanmışdır.Şagirdlərimizə  həmrəylik,  vətənpərvərlik  ruhu  aşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi