15 sentyabr Azərbaycanda “Bilik Günü”dür

      Prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.Azərbaycanda 15 sentyabr tarixi "Bilik günu" kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli Fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün, "Bilik günü" kimi qeyd olunur. Ümumiyyətlə, tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunmuşdur. əllimin əməyi nəticəsində formalaşan cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirirlər. Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən , xüsusi qayği və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyub , şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata- məktəb həyatına qədəm qoyacaqlar. Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin ugrlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. 

      Sentyabrın 16-da ölkəmizin bütün ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında yeni dərs ili başlayır.  Hər il olduğu kimi, bu il də məktəbimizin həyətində yeni dərs ilinin açılışı ilə əlaqədar olaraq təntənəli tədbir keçirildi. Tədbir müəllim,şagird və valideynlərin Azərbaycan himnini oxumaları ilə başladı. Məktəbimizin direktoru Alla xanım Vəzirova bu əlamətdar gün münasibətilə bütün şagirdlərimizi təbrik etdi və 15 sentyabrın həm də Azərbaycan tarixində baş verən əlamətdar hadisə olduğunu vurğuladı. Valideyn və şagirdlərin çöhrəsində sevinc və fərəh hissləri var idi. 6 yaşlı birincilərin sevinc və həyəcanı üzündən oxunurdu. Daha sonra müəllim və valideynlərimiz çıxış etdilər. Lap axırda söz şagirdlərə verildi. Onlar vətənə, anaya , qəhrəmanlığa aid şeirlər söylədi. Nəhayət hamının səbirsizliklə gözlədiyi an gəlib çatdı. İlk zəng çalındı, şagirdlərimiz sinfə daxil oldular. Bütün şagirdlərimizə uğurlar arzu edirik. Yeni dərs iliniz mübarək olsun!  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi