Son zəng




 

İyunun 14-ü məktəbimizdə “Son Zəng” tədbiri keçirildi. Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Adilə Orucova açıq elan etdi. Dövlət himni səsləndi. Sonra söz Binəqədi rayon İcra Hakimiyyətinin məsul işçisi Hacıbaba Babayevə, Bakı Baş Təhsil İdarəsinin məsul işçisi Rüstəmova Xəyaləyə, valideyn Quliyeva Vəsiləyə, sinif rəhbəri  Nəcəfova Sənubərə  verildi. Daha sonra il boyu müsabiqələrdə yer tutmuş şagirdlər diplomla təltif olundular. On birinci sinif şagirdləri öz təbrik çıxışlarını etdilər. Sonda XI sinif şagirdi I sinif şagirdinə simvolik açarı təqdim etdi. Son zəng çalındı. Tədbir bağlı elan edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi