"Bilik günü"

16.09.2019 tarixdə  Y.Yusifov adına 265 nömrəli tam orta məktəbdə "Bilik günü" qeyd olundu.  Tədbirdə məktəbin şagirdləri , valideynlər , müəllimlər və qonaqlar iştirak etmişdir.  Tədbiri məktəbin direktoru Y.M.Qurbanova açaraq qonaqları təqdim etdi, şagirdlərə və müəllimlərə yeni dərs ilində uğurlar arzuladı.  Tədbirdə iştirak edən BŞTİ-nin  Ümumi təhsil sektorunun baş məsləhətçisi Rəhman Baxşəliyev, Xətai rayon İcra Hakimiyyətinin  nümayəndəsi Səbinə xanım çıxış edərək bütün təhsil işçilərini  və məktəb kollektivini təbrik etmişdir. Valideynlər adından məktəbin bu ilki məzunu, 600 bal toplayaraq  Azərbaycan Tibb Universtetinə qəbul olunmuş  Məcidli Fatimənin valideyni Məcidova Esmira  çıxış edərək məktəbin müəllimlərinə təşəkkür edərək bu lki 11 cilərə də uğurlar arzulamışdı.    Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasaən" Bilik günü"I-IV siniflərdə  ilk dərslər " İdman və sağlamlıq", V-IX siniflərdə "Mütailə mənəvi zənginliyə aparan yol", X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olundu. Bununla əlaqədar ibtidai siniflər "İdman və saglamlıq"mövzuna həsr edilmiş maraqlı dərs nümayiş etdirdilər. Şagirdlərin idmanın müxtəlif növlərini məharətlə nümayiş etdirmələri şagirlərin və valideynlərin böyük marağına səbəb oldu.V-IX və X-XI siniflərdə də ilk dərslər əmrdəki mövzulara uygun olaraq təşkil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi