Beynəlxalq Müəllimlər Günü

Oktyabrın 5-də məktəbimizdə "Beynəlxalq Müəllim Günü"nə həsr olunmuş səhərcik keçirildi. Səhərcikdə şagirdlərin ifasında müəllimlərə həsr olunmuş şeirlər və mahnılar səsləndirildi. Beynəlxalq Müəllim Günü münasibətilə cənab Prezidentimiz İlham Əliyevin 2 oktyabr 2015 -ci il tarixli sərəncamı ilə məktəbimizin direktoru Y.M.Qurbanova Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir (http://president.az/articles/16313). Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Əsgərova Sona şagirdlər və müəllimlər adından çıxış edərək Yeganə xanımı təbrik etdi. Yeganə xanım öz səmimiliyi, şagird və müəllimlərlə mehriban münasibəti, şəxsi mənəvi keyfiyyətləri, peşəkarlığı ilə bərabər, qəbul etdiyi qərarların ədalətliliyi ilə əməkdaşların və şagirdlərin hörmətini, etibarını qazanmışdır. Onun xidmətlərinin qiymətləndirilməsi şagirdləri və müəllim kollektivini çox sevindirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi