Xocalı faciəsi-əsrin faciəsi

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün məktəbimizdə 25 fevral 2015-ci il saat 12-də geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Yeganə Qurbanova açdı. O, şagirdlərə Xocalıda ermənilərin törətdikləri vəhşilikləri heç vaxt unutmamalarını tövsiyyə etdi.Tədbirə hadisələrin ərazidə yaşayan canlı şahidləri və şəhid ailələrindən nümayəndələr dəvət olunmuşdu. Tədbirdə faciənin video görüntüləri göstərildi, bayatılar, şeirlər səsləndi.Tədbiri məktəbin məktəbin ədəbiyyat müəllimi İ. Nuranə, təlim-tərbiyə işləri üzrə direktor müavini Əsgərova Sona və məktəbin idman müəllimi P. Fərid təşkil etmişdilər. Tədbirdə ibtidai sinif və yuxarı sinif şagirdləri fəal iştirak etdilər. Xocalı faciəsinin canlı şahidləri faciə haqqında şagirdlərə ətraflı məlumat verdilər.1992-ci il 26 Fevral hadisələrinin 23-cü ildönümü tamam olur. Erməni və rus hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı tutduğu divan aradan 23 il keçməsinə baxmayaraq, hələ də yaddaşlardan silinmir. Bu dəhşətli soyqırımın günahkarları öz cəzasını almayıb və bu günə qədər də cəzasızdırlar... Tarix erməni cinayətkarlığının bu qanlı səhifəsini unutmamalıdır. Bunun üçün biz – sivil cəmiyyət əlimizdən gələn bütün vasitələrdən istifadə edərək bəşəriyyətə erməni vəhşiliklərinin, o cümlədən Xocalı faciəsininin həqiqətlərini çatdırmağa borcluyuq. Unutmamalıyıq ki, Xocalı faciəsi insanlıq əleyhinə olan cinayətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi