“İmtahan həyəcanına YOX deyirik”

Bilirik ki, imtahan şagirdlərin həyatında önəmli yer tutur. İmtahana psixoloji cəhətdən hazırlıqlı olmaq şagirdlər üçün çox əhəmiyyətlidir. Bu baxımdan məktəbin psixoloqu Kərimova Leyla yeniyetmə şagirdlərlə müxtəlif psixoloji işlər aparmışdır. İmtahan həyəcanının ölçülməsi ilə bağlı psixodiaqnostik test keçirilmiş, testin nəticələri yoxlanılmış, həyəcan səviyyəsi yüksək olan şagirdlər fərdi psixokonsultativ söhbətlərə cəlb olunmuşdur. Daha sonra yeniyetmə şagirdlərin iştirakı ilə “İmtahan həyəcanına YOX deyirik” adlı seminar keçirilmişdir. Seminarda şagirdlərə imtahan həyəcanının minimuma endirilməsi, sakitləşmək, imtahandan öncə fiziki və zehni gərginliyi azaltmaq üçün müəyyən texnikalar haqqında məlumat verilmişdir. Tədbirin sonunda şagirdləri narahat edən suallar cavablandırılmış, lazımi tövsiyələr verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi