"Qara yanvar"

  Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.Simvolik olaraq hazırlanan “Şəhidlər Abidəsi” önünə tər qərənfillərin qoyulması ilə başlayan anım tədbirində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və 20 Yanvar faciəsində canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Sonra 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş qırğınlar, vəhşiliklər nəticəsində milli azadlıq, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsini əks etdirən sənədli film nümayiş etdirildi.  Məktəbin tarix müəllimi M.Vüsalə çıxış edərək bildirdi ki, bugünkü tədbir Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinə həsr olunub. 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışan məktəbin tarix müəllimi vurğuladı ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. Azərbaycana hərbi müdaxilə ilk növbədə milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlmişdi. 
Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm səylər göstərmişdir. Ulu öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətin gördüyü işlərdən bəhs etdi.  "Qanlı Yanvar" həftəsində məktəbimizin 5-8 ci siniflərin "Şəhidlər Xiyabanına" ziyarəti təşkil olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi