GENDER BƏRABƏRLİYİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

    24.10.2023-cü il tarixində 264 nömrəli məktəb-liseyin VIII sinif şagirdləri ilə "Gender bərabərliyi" haqqında məlumatlılıq səviyəsinin artırılması məqsədilə tədbir keçirildi.

   Tədbirdə təlim-tərbiyə üzrə təşkilatçı, məktəbin psixoloqları, UBTR rəhbəri, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdə qadın və kişi hüquqlarının bərabərliyinin ana bətnindən etibarən pozulduğuna, sağlam ailə mühitinin formalaşması üçün gender bərabərliyinə ehtiyac duyulduğunu və onun ətraf mühit üçün faydaları və s. haqqında fikirlər səsləndirildi.

        Bu gün cəmiyyətimizdə, təhsilimizdə və onun idarə olunmasında qadınların xüsusi rolu olduğunu vurğulandı.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi