"DÜŞÜNƏN ŞAGİRD" MÜSABİQƏSİNİN MƏKTƏB TURU KEÇİRİLDİ

    20.10.2023-cu il tarixdə 264 nömrəli məktəb-liseydə "Düşünən şagird" müsabiqəsinin məktəb turu keçirilmişdir.

    Məktəb rəhbərliyinin, UBR, kitabxanaçıların, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə keçirilən məktəb turunda şagirdlər tərəfindən yazılan hekayələr dinlənilmiş və şəhər turunda iştirak etmək üçün müsabiqə şərtlərinə uyğun olan işlər seçilmişdir.

     Müsabiqənin məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, və mütaliə marağını formalaşdırmaqdır.

https://www.facebook.com/100002947387817/videos/pcb.6663204367121077/298513049650350

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi