IX-XI siniflərdə valideyn iclası keçirildi

        20.10.2023-cü il tarixində 264 nömrəli məktəb-liseydə rəhbərliyin təşkilatçılığı ilə IX-XI siniflərdə valideyn iclasları keçirildi.

        İlk öncə məktəbin akt zalında məktəb rəhbərliyin iştirakı ilə görüş təşkil olundu.

       Görüşün keçirilməsində məqsəd şagirdlərin təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması, məktəb və ailə əməkdaşlığını tənzimləmək, valideyn-müəllim arasında sağlam ünsiyyət və əməkdaşlığı inkişaf etdirməkdir.

         Görüşdə direktor M.Mustafayeva dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının eyni zamanda tədris proqramında yeniliklər haqqında məlumat verilmiş, valideynlərin təklifləri dinlənilmişdir.

           İclas daha sonra siniflərdə davam etdi. Valideynlər pedaqoji heyətlə görüşmüş, müəllimlər onları maraqlandıran sualları cavablandırmışlar.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi