Tədrisin keyfiyyətini yüksəltməyə hədəflənmiş fənn aylıqlarına star verildi

          2023-2024-cü tədris ilində məktəb-liseyin fəaliyyət planına müvafiq olaraq "Fənn aylıqları" keçirilməsinə start verildi.

     Fənn aylıqlarının keçirilməsində əsas məqsəd şagirdlərin həmin fənnə marağını artırmaq, onlarda fənn üzrə istedad və bacarıqların üzə çıxarmaq, təlim-tərbiyə və tədrisin keyfiyyətini yüksəltmək, tariximizə, mədəniyyətimizə məhəbbət, habelə vətənə sədaqət hislərini daha da möhkəmləndirməkdir.

          Fəaliyyət planına əsasən ilk fənn aylığı oktyabr ayında tarix və coğrafiya fənləri üzrə təşkil olunub.

            12 oktyabr 2023-cü il tarixində coğrafiya fənnindən məktəbin 8-ci sinif şagirdiləri divar qəzeti sərgisi təşkil etdilər. Şagirdlərin bir-birindən gözəl, maraqlı əl işləri nümayiş olundu.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi