BİR ÖMRƏ SIĞMAYAN 44 GÜN

        27 sentyabr-"Anım Günu"nə həsr olunmuş "Bir ömrə sığmayan 44 gün" adlı tədbir keçirildi.

        Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin ifasında xor və şeirlər səsləndi, videoçarxlar nümayiş etdirildi.

         Daha sonra məktəbin direktoru Mehriban xanım Mustafayeva Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasından, 30 ilə yaxın müddətdə işğal altında saxlanan torpaqlarımızın azad olunmasından bəhs etdi.

                27 sentyabr - "Anım Günü"nün əhəmiyyətindən danışan, məktəbdə qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Şəhid Ailələrinin, Əlillərinin və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin üzvləri, məktəbin müəllimləri-Telman Rüstəmov və Dadaş Səfərov öz çıxışlarında şagirdlərə Vətən müharibəsində şəhid olaraq torpaq uğrunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmağın hər birimizin borcu olduğunu bildirdilər.

https://www.facebook.com/100002947387817/videos/pcb.6574056079369240/1244047876278885

https://www.facebook.com/100002947387817/videos/pcb.6574056079369240/1230289854305898

https://www.facebook.com/100002947387817/videos/pcb.6574056079369240/609782231365851

https://www.facebook.com/100002947387817/videos/pcb.6574056079369240/1524879248342331

https://www.facebook.com/100002947387817/videos/pcb.6574056079369240/277512278439084

https://www.facebook.com/100002947387817/videos/pcb.6574056079369240/211026485323229

https://www.facebook.com/100002947387817/videos/pcb.6574056079369240/1303042156987158

https://www.facebook.com/100002947387817/videos/pcb.6574056079369240/690628236295659

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#ŞəhidlərÖlməz

#VətənVarOlsun

#27sentyabranımgünü

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#AnımGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi