Birinci siniflərin məktəbə adaptasiya olunması

           22 sentyabr 2023-cü il tarixində məktəbin psixoloqu Sevinc Hüseynova birinci siniflərin məktəbə adaptasiya məqsədi ilə ibtidai sinif müəllimləri ilə görüş keçirdi və tövsiyələr verdi.

        Məktəbin birinci sinfi insanın təhsil dövrünün ilk pilləsidir. Bu dövrdə uşaqların heç də hər biri məktəb həyatına hazır olmurlar. Onların əksəriyyəti məktəbə adaptasiya olunmaqda olduqca çətinlik çəkirlər.

Bu səbəbdən də ibtidai sinif müəllimləri kiçik yaşlı uşaqların psixologiyasını bilməli və belə hallara xüsusilə diqqət yetirməlidirlər.

       Müəllimlərlə yanaşı valideynlər də unutmamalıdırlar ki, bu dövr uşaqların həyatında yeni mərhələdir. Bu səbəbdən də onlara daha həssas yanaşmalı, övladlarından diqqət, qayğı və sevgilərini əsirgəməməlidirlər.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi