15 sentyabr-"Bilik Günü" qeyd olundu

          264 nömrəli məktəb-liseydə 15 sentyabr-"Bilik Günü" qeyd olundu.
           İlk öncə Azərbaycan Respublikası Dövlət Himni səsləndirildi. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Məktəbin direktoru Mehriban xanım Mustafayeva şagird və müəllimləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, uğur və nailiyyətlər arzuladı. Məktəbə ilk addım atan birinciləri təbrik etdi.
          Məktəbdə qonaq qismində iştirak edən Bakı şəhəri üzrə təhsil idarəsinin keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov və Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Məmmədov məktəb kollektivini və şagirdləri yeni tədris ili münasibətilə təbrik etdilər.
                  Müəllimlərin nəzarəti altında, şagirdlər siniflərə daxil oldular. İlk dərslər "Heydər Əliyev Azərbaycanın qurucusu və xilaskarıdır" mövzusuna həsr olundu. Məktəbə dəvət olunmuş qonaqlar Ümummilli lider Heydər Əliyevə həsr olunmuş dərslərdə iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi