Yekun Pedaqoji şura iclası keçirildi

           2022-2023-cü tədris ilinin yekun Pedaqoji iclası keçirildi. İclasda rəhbərlik və pedaqoji kollektiv iştirak etdi. Məktəbin direktoru Mehriban xanım Mustafayeva 2022-2023-cü tədris ilinin yekunları, qarşıda duran hədəflər, şagirdlərin sinifdən-sinfə keçirilməsi, IX-XI siniflərin buraxılış imtahanlarının nəticələri, şagirdlərin uğurları, tədris ili ərzində məktəbdaxili və məktəbdənkənar işlərin görülməsi, məktəbdə psixoloji işlərin və tərbiyə işlərinin təşkili, sinifdən xaric tədbirlərin hesabatı və digər cari məsələlər haqqında danışdı.

             Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Səbinə Həmidova Əsgərova və Leyla Cəbrayılova öz hesabatlarını təqdim etdilər.

             Sonda məktəbdə tətbiq olunan "Şagird davranış qaydaları" üzrə pilot layihədə və məktəbdə həyata keçən digər işlər və layihələrdə fəal iştirak edən müəllimlər Təşəkkürnamə ilə təltif olundular.

             Direktor M.Mustafayeva növbəti tədris ilində yeni-yeni uğurlar qazanmaq diləyi ilə hər kəsə xoş istirahətlər arzuladı.#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi