Son zəng qeyd edildi

            Bu gün 264 nömrəli məktəb-liseydə "Son zəng" tədbiri keçirildi. Tədbirdə Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Nərminə Hacıyeva, Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, Bakı şəhər Təhsil İdarəsinin psixoloqu Səidə Əhmədova, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Məmmədov, 264 nömrəli məktəb-liseyin direktoru Mehriban xanım Mustafayeva, müəllim kollektivi və valideynlər iştirak etdilər.

            On minlərlə şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır. Məktəb illəri hər bir şəxsin həyatında mühüm rol oynayır. Kimisi o illəri gözəl günlər kimi, bəziləri də keçmişində xatırlamaq istəmədiyi illər kimi qəbul edir.

Məktəb rəhbərliyi və kollektivi adından bütün məzunları təbrik edir, uğurlar arzulayırıq!

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi