4 "Q" sinif şagirdlərinin buraxılış gecəsi keçirildi

            Orta təhsilin ilkin mərhələsi olan ibtidai sinif pilləsini bitirmək münasibətilə məktəbin 4q sinfi şagirdləri sinif rəhbərləri Asya Şeydayevanın rəhbərliyi ilə “Əlvida ibtidai sinif” adlı buraxılış gecəsi keçirdilər. Buraxılış gecəsində tədbir iştirakçıları ilə yanaşı məktəb rəhbərliyi və valideynlər də iştirak edirdi.

             Şagirdlərin ifasında rəngarəng musiqi nömrələri, maraqlı səhnəciklər və gözəl şeir parçaları səsləndirilib. Şagirdlər 4 il ərzində əldə etdikləri bacarıq və qabiliyyətlərini nümayiş etdirməkdən məmnunluq duyublar. Sonda tədbir iştirakçıları direktor Mehriban xanım Mustafayeva ilə xatirə şəkli çəkdirdilər.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi