Şagirdimiz bürünc medala layiq görüldü

           Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən II Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 

      Tədbirə 264 nömrəli məktəb-liseyin direktoru M.Mustafayeva və iştirakçı şagirdlərimiz də dəvət edilmişdir.

              Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən Olimpiadanın final mərhələsində iştirak etdiklərinə görə məktəbin şagirdi Tağıyev İlkin bürünc medalla, Yusifov Alparslan, və Nəsibli Hikmət isə sertifikatla təltif olunmuşlar.

            Şagirdləri və onların fənn müəllimlərini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi