Şagird davranış qaydaları üzrə yekun hesabat

            Fevral ayının 22-sindən başlayaraq şagird davranış qaydaları üzrə hazırlıq işlərinə start verilmişdir. Bu istiqamətdə məktəbdə yüksək dərəcədə işlər görülmüşdür. Qaydalara uyğun olaraq, sinif davranış jurnalları tərtib olunmuş, korreksiyaedici tədbirlərin həyata keçirilməsi məqsədilə refleksiya jurnalı, refleksiya vərəqələri, rəğbətləndirmə jurnalları hazırlanmış və tətbiq edilmişdir. Sinif otaqlarında, ictimai lövhələrdə və dəhlizlərdə «Şagird davranış qaydaları» əks etdirən lövhələr asılmışdır.

              Qaydalar tərtib edilməyə başlandığı ilk gündən etibarən, müəllim-şagird, şagird-şagird və məktəb-valideyn münasibətləri mütəmadi olaraq nəzarət altına alınmış, VI-XI siniflərin sinif davranış jurnallarında öz əksini tapan qayda pozuntularına uyğun olaraq korreksiyaedici tədbirlər həyata keçirilmişdir.

             Şagird və valideynlərlə fevral-may ayı ərzində görüşlər təşkil olunmuş, onlayn sorğular aparılmış və rəğbətləndirmə tədbirləri həyata keçirilmişdir.

        “Şagird davranış qaydaları”na dair fevral ayından başlayaraq bu günə qədər görülən işlər barəsində valideynlərə mütəmadi məlumat verilmiş, valideynlərin qaydalardan razı olub-olmaması üzrə müzakirələr aparılmışdır. Məktəbin sosial həyatında da fərqlənən valideynlər direktor M.Mustafayeva tərəfindən təşəkkürnamə ilə təltif olunmuşlar.

                   Bunu da qeyd etmək lazımdır ki, məktəbin 6c sinif valedeynləri övladlarının milli ruhda böyüməsində, elmin əsaslarına yiyələnməsində çəkdikləri əziyyətə gorə 6c sinfində dərs deyən müəllimləri təşəkkürnamə ilə təltif etmişlər.

https://www.facebook.com/.../pcb.../220148344155680

https://www.facebook.com/.../pcb.../103184209479643

https://www.facebook.com/.../pcb.../684798026817452

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi