IV siniflər üçün tədris dili və riyaziyyat fənləri üzrə monitorinq keçirildi

              10 iyun 2023-cü il tarixində Bakı şəhəri Təhsil İdarəsi tərəfindən təşkil olunmuş IV siniflərdə tədris dili və riyaziyyat fənləri üzrə mərkəzləşdirilmiş monitorinq keçirildi. 

              Keçirilən montorinqdə 171, 204 və 260 nömrəli məktəbin IV sinif şagirdləri iştirak etdilər. 

             Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.

          Monitorinq prosesi 2 saat( 120 dəqiqə) vaxt ərzində keçirildi. Şagirdlərə tədris dili üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq qapalı sual təqdim olundu. 

                Məktəbin direktoru Mehriban xanım Mustafayeva və 191 nömrəli məktəbin direktoru Leyla xanım Məcidova imtahana rəhbərlik etdilər. Monitorinq tam şəffaf keçirildi. 

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi