Məzun şəhid Elşən Salayev yad edildi

               Bu gün, 264 nömrəli məktəb-liseyin bir qrup müəllim şagirdləri ilə məktəbin şəhid məzunu, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Salayev Elşən Fuad oğlunun doğum günü münasibətilə, şəhidin adını daşıyan abidəni ziyarət etdilər.

               İlk öncə müəllimlər şəhidin məktəb illəri haqqında şagirdlərə qısa məlumat verdilər. Elşənin məktəbdə necə nizam-intizamlı, tərbiyəli, nümunəvi, dərs əlaçısı şagird olduğu haqqında danışdılar. Daha sonra onun döyüş yolu haqqında xatirələrini şagirdlərlə bölüşdülər.

Şagirdlər şəhidə həsr etdikləri şeir və kompozisiya təqdim etdilər.

              Elşənin timsalında bütün şəhidlərə Allahdan rəhmət, məkanlarının cənnət olmasını diləyirik.

https://www.facebook.com/100002947387817/videos/pcb.6193122787462573/1070954350540033

https://www.facebook.com/100002947387817/videos/pcb.6193122787462573/1333637927220194

https://www.facebook.com/100002947387817/videos/pcb.6193122787462573/621528356708041

 

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi