Əlvida ilk müəllimim adlı tədbir keçirildi

           06 iyun tarixində 264 nömrəli məktəb-liseyin 4 a sinif rəhbəri Şəlalə Təhməzova və 4 d sinif rəhbəri Validə Şınaxovanın rəhbəyi ilə "Əlvida ilk müəllimim" adlı buraxılış gecəsi keçirilmişdir.

               Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlamışdır. Daha sonra şagirdlər ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdirib, bir-birində maraqlı rəqslər, mahnı və şeirlər söyləmişlər.

         Məktəbin direktoru Mehriban Mustafayeva ibtidai təhsil pilləsini başa vurmalarına görə şagirdləri təbrik etdi. Direktor müəllimlərinin zəhməti hesabına şagirdlərin göstərdikləri fəallıqları yüksək qiymətləndirmiş, onlara orta təhsil həyatlarında uğurlar arzulamışdır. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Cəbrayılova və sinif rəhbərləri şagirdləri təbrik edərək onlara gələcək təhsil həyatlarında bol nailiyyətlər arzulamışlar.

https://www.facebook.com/100064083133547/videos/1511646779574234

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi