Şagird davranış qaydaları üzrə rəğbətləndirilən şagirdlər Fəxri fərman və təşəkkürnamə ilə təltif olundular

                 Bu gün 264 nömrəli məktəb-liseydə şagird- davranış qaydaları üzrə pilot layihənin rəğbətləndirmə bölməsi üzrə məktəbin direktoru Mehriban Mustafayeva və NİŞ üzvü Turan Salehova rəğbətləndirilən şagirdlərə tərifnamə, təşəkkürnamə, fəxri fərmanla təltif etdilər.

         Fevral-may ayları üzrə nümunəvi davranış üzrə 68 yaşıl kart, sosial məsuliyyətlilik üzrə 58 yaşıl kart, akademik nailiyyətlər üzrə 46 yaşıl kart şagirdlərə təqdim olunmuşdur.

          Şagird davranış qaydaları tətbiq olunduğu gündən etibarən yaşıl kart alan şagirdlərin davranışları xüsusilə müşahidə edilmişdir. Onların müsbət davranışlarını davam etdirib-etdirmədiyi, təhsildə stabilliyinin qoruyub saxlamaqları, daha yaxşı nəticələr əldə etmək istəkləri nəzərə çarpacaq qədər hiss edilmişdir. Rəğbətləndirmə tədbirləri şagirdlərə nəzərə çarpacaq dərəcədə müsbət təsir etmisdir.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi