Səninlə fəxr edirik

             264 nömrəli məktəb-liseyin müxtəlif idman növü üzrə Bakı şəhəri, Respublika, Avropa, Beynəlxalq və s. yarışlarda iştirak edən çempionlarını təqdim etmişdik.
               İndi isə məktəb-liseyin 11 d sinif şagirdi Rüstəmov AbdurRəhman Rüstəm oğlu haqqında, onun nail olduğu nailiyyətləri təqdim edirik.
              AbdurRəhman Rüstəmov uşaq yaşlarından üzgüçülük idman növü ilə məşğul olur. O, 14 yaşında Türkiyənin İstanbul şəhərində Olimpiada üçün keçirilən lisenziya yarışında İdman ustası normativini yerinə yetirən Azərbaycanlı idmançı adını almış, 2019-cu ildə 4 dəfə Bakı şəhər çempionu, 2022-ci ildə keçirilən yarışlarda 4 dəfə Azərbaycan Respublikası çempionu, 2022-ci ildə keçirilən İslam oyunları finalçısı adını, 2022-ci ildə Zlatni Orlando (Xorvatiya ,Dubrovnik) yarışının çempionu, 2022-ci ildə EYOF finalçısı, 2022-ci ildə Xəzər dalgası Dəniz yarışının qalibi, 17.04.2023-cü ildə Macarıstanın Şopron şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə 2 qızıl, 2 gümüş, 1 bürünc medal əldə etmişdir. 12-13 may tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr turnirində I yerə layiq görülmüşdür.
                Məktəb rəhbərliyi və kollektivi adından AbdurRəhmanı təbrik edir, onunla qürur duyuruq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi