28 May - Müstəqilliyimiz əbədidir adlı möhtəşəm tədbir keçirildi

            Mayın 26-da 264 nömrəli məktəb-liseydə "Müstəqillik Günü" münasibətilə "Müstəqilliyimiz əbədidir" adlı möhtəşəm tədbir təşkil olunmuşdur.

                   Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, şagirdlər, Xətai rayon icra hakimiyyətinin ictimai- siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini İbrahimov Məhəmməd İsrafil oğlu, 204 nömrəli məktəbin direktoru Mehdiyev Rəfael Vəli oğlu, Xətai rayon Həmkarlar Komitəsinin baş məsləhətçisi Hacıyeva Xədicə Habil qızı, Real TV əməkdaşları və Azərbaycan Respublikasının Şəhid ailələrinin, əlillərinin və müharibə veteranlarının ictimai birliyinin üzvləri qonaq qismində iştirak etmişlər.

              Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.

              Dövlətimizin ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

              Şagirdlər Müstəqillik gününə həsr olunmuş şeir, bir-birindən kompazisiyalar və mahnılar nümayiş etdirdilər.

           Tədbirin sonunda məktəbin direktoru Mehriban xanım Mustafayeva qeyd etmişdir ki: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

             1991-ci il 18 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.

           1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi.                  Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.

https://www.youtube.com/watch?v=PxRHa6FkuEk

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi