"Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi" devizi ilə 2022-ci ildə keçirilən müsabiqədə I yer tutdu

         Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva 264 nömrəli məktəb-liseyin Həmkarlar Təşkilatının sədri Turan Salehovanı "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi" devizi ilə 2022-ci ildə keçirilən müsabiqədə I yer tutduğuna görə Fəxri diplomla təltif etmişdir.

          26 may tarixində keçirilən "28 May-Mustəqilliyimiz əbədidir" adlı tədbirdə qonaq qismində iştirak edən Xətai rayon Həmkarlar İttifaqınin baş məsləhətçisi Hacıyeva Xədicə Habil qızı bu münasibətlə təşkilat tərəfindən məktəbimizə qiymətli hədiyə təqdim etdi.

                Məktəb rəhbərliyini və kollektivi təbrik edir, uğurlarımızın daim zirvələrdə olmasını arzulayırıq.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi