Rəqəmsal BSQ keçirilməsinə start verildi

            Məktəbdə 2022-2023-cü tədris ili ikinci yarımil üzrə ilk dəfə olaraq rəqəmsal formatda Böyük Summativ Qiymətləndirmənin aparılmasına start verildi.

         BSQ məktəbin informatika otaqlarında təşkil olundu və şagirdlər kompüter vasitəsilə Microsoft Teams proqramında şəxsi kabinetlərinə daxil olaraq təyin olunmuş vaxt ərzində tapşırıqları həll etdilər.

            23.05.2023-cü il tarixdən başlayan BSQ ilk olaraq V siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənnləri üzrə keçirildi və növbəti həftəyə qədər davam edəcək.

      Rəqəmsal formatda keçirilən BSQ-nin obyektivliyi və şəffaflığını qorumaq, şagirdlərin rahatlığını təmin etmək üçün lazımi şərait yaradılmışdır.

             Onu da qeyd edək ki, rəqəmsal BSQ-nin keçirilməsi şagirdlər tərəfindən müsbət qarşılandı. BSQ-nin yoxlanılmasında müəllim əməyinin yüngülləşdirilməsi, kağızlarda ekonomiya və vaxt baxımından daha da məqsədəuyğun hesab edildi.

                     Şagirdlərə uğurlar arzulayırıq!

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#BSQ

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi