Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya

      Məktəb-liseyin Azərbaycan dili müəllimi Bayramova Aytən rəhbərlik etdiyi 6d sinfinin şagirdləri ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya etmişdilər.         

         Tarixi keçmişimizi öyrənmək baxımından əhəmiyyət kəsb bu səfərdə şagirdlər Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələri ilə ən qədim insanların heyvanları necə və hansı üsullarla ovladığının şahidi oldular. Burada daş dövründə yaşamış insanların musiqi aləti kimi istifadə etdikləri qavaldaş, Qobustan qayalarında təsvir olunmuş qədim Azərbaycanın "Yallı" rəqs səhnələri şagirdlərin xüsusi marağına səbəb oldu.

       Şagirdlərin nəzərinə çatdırıldı ki, 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#Qobustan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi