Mayın 18-i "Beynəlxalq Muzeylər Günü"dür

     18 may 2023-cü il tarixində Azərbaycanın bölgə, tarixi-diyarşünaslıq muzeyləri də daxil olmaqla, Bakı şəhərinin bütün muzeylərində açıq qapı günü təşkil olundu və təmənnasız olaraq qapılarını tamaşaçıların üzünə açdı.

      Bu məqsədlə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Cəbrayılova 9 b sinif şagirdləri ilə N.Gəncəvi adına Ədəbiyyat Muzeyinə və Azərbaycan Dövlət Milli Tarix Muzeyində qonaq qismində iştirak etdilər.

    Şagirdlərə muzeyin ən qədim dövr, orta əsrlər, folklor, müasir dövr ədəbiyyatını, tarixini, görkəmli söz, fikir insanlarını tanıdan geniş zallarında izahatlar verildi. Muzeydə yer alan eksponatlar və mühüm ədəbi faktlar şagirdlərin diqqətinə çatdırıldı.

Daha sonra şagirdlər Azərbaycan Dövlət Milli Tarix Muzeyini ekskursiya etdilər.

https://www.facebook.com/100002947387817/videos/pcb.6121144734660379/620771676603286

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi