Şagirdlərin Muzeylərə ekskursiyası

        18 may 2023-cü il tarixində məktəbin ingilis dili müəllimi Aysel Əliyeva rəhbərlik etdiyi 7a sinif şagirdləri ilə Azərbaycan Milli Xalça Muzeyi, Miniatür Kitab Muzeyi və Şirvanşahlar sarayı kompleksində ekskursiya etdilər.

     Ekskursiyanın məqsədi şagirdlərə xalqımızın zəngin mənəvi dünyası, yüksək milli-mənəvi, mədəni dəyərləri barədə dolğun bilik və dünyagörüşü yaratmaqdır. Uşaqlar muzeydə Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş klassik xalça məktəblərinə məxsus olan nümunələrlə, eləcə də xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış olublar.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#AzərbaycanMilliXalçaMuzeyi

#MiniatürKitabMuzeyi

#Şirvanşahlarsarayıkompleksi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi