AÇIQ QAPI GÜNÜ KEÇİRİLDİ

        Mayın 12 -də məktəb-liseydə keçirilən “Açıq qapı” günündə 5-11-ci sinif şagirdlərinin valideynləri iştirak etdilər.

     Valideynlər ilk öncə dərs dinləmələrdə oldular. Daha sonra məktəbə baxış keçirib, sinif otaqları, məktəb kitabxanası, həkim otağı, idman zalı, yeməkxana, məktəbin həyətyanı sahəsində yaradılan, açıq havada keçirilən dərslərin üçün təşkil olunmuş sahə ilə yaxından tanış oldular.

     Daha sonra məktəb rəhbərliyinin valideynlərlə görüşü oldu. Direktor müavini Səbinə Həmidova-Əsgərova çıxış edərək valideynlərə şagirdlərin nailiyyətləri və məktəbin ümumi nəticələri haqqında məlumat verdi. Məktəb-liseyin psixoloqu Sevinc Hüseynova və Roza Bayramova məktəbdə psixoloji işin təşkili haqqında və bu istiqamətdə görülən işlərdən danışdılar. Valideynlərlə ailə və məktəb arasındakı əlaqələrin mütəmadi, ikitərəfli və məqsədyönlü qurulması haqqında müzakirələr aparıldı və onların təklifləri dinlənildi. Bundan başqa, məktəbin Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Cabbarova məktəbdənkənar fəaliyyətinin təşkili və istedadlı şagirdlər haqqında məlumat verdi.

https://m.facebook.com/story.php?story_fbid=6101396819968504&id=100002947387817&mibextid=Nif5oz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi