AÇIQ QAPI GÜNÜ KEÇİRİLDİ

               Bu gün 264 nömrəli məktəb-liseydə "Açıq Qapı Günü" təşkil olundu.

          Tədbirin əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

             Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban xanım Mustafayeva çıxışında müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasının əsas şərt olduğunu bildirdi. Həmçinin müəllim-valideyn əməkdaşlığının "Şagird davranış qaydaları"nda və şagird təlim-tərbiyəsindəki mühüm rolundan danışdı.

          Tədbirdə məktəbin psixoloqi Sevinc Hüseynova “İntihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi"nə dair valideynlərlə maarifləndirici söhbət aparmışdır.

             Daha sonra valideynlər məktəb mühiti ilə yaxından tanış oldular. Məktəb rəhbərliyi və müəllimlərlə görüş zamanı valideynlərə məktəblərin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verildi . Direktor M.Mustafayeva məktəbin ictimai işlərində fəallıq göstərən valideynlərə minnətdarlığını bildirdi və onları təşəkkürnamə ilə təltif etdi.

https://www.facebook.com/100002947387817/videos/pcb.6101396819968504/557743992936688

https://www.facebook.com/100002947387817/videos/pcb.6101396819968504/575699984415929

https://www.facebook.com/100002947387817/videos/pcb.6101396819968504/248262127876940

https://www.facebook.com/100002947387817/videos/pcb.6101396819968504/788336689545518

https://www.facebook.com/100002947387817/videos/pcb.6101396819968504/1281277275799393

https://www.facebook.com/100002947387817/videos/pcb.6101396819968504/551032857217652

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi