Ulu bir sərkərdə, ulu bir öndər adlı tədbir keçirildi

        264 nömrəli məktəb-liseydə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ,,Ulu bir sərkərdə, ulu bir öndər,, adlı tədbir keçirildi.

        Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban xanım Mustafayeva Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib. O bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində oldugunu bildirdi.

       Tədbirdə Xətai rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini İbrahimov Məhəmməd oğlu və Azərbaycan Respublikasının Şəhid ailələrinin, əlillərinin və müharibə veteranlarının ictimai birliyinin üzvləri qonaq qismində iştirak etdilər. Tədbirin sonunda şagirdlərin Ulu öndər Heydər Əliyevə həsr etdikləri şeir və musiqilər səsləndirdilər.

https://www.facebook.com/100002947387817/videos/pcb.6077615569013296/1299867400877335

https://www.facebook.com/100002947387817/videos/pcb.6077615569013296/949419126243763

https://www.facebook.com/100002947387817/videos/pcb.6077615569013296/1178412726182785

https://www.facebook.com/100002947387817/videos/pcb.6077615569013296/1443508246186956

https://www.facebook.com/100002947387817/videos/pcb.6077615569013296/1274181456832451

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#HeydərƏliyev100

#xətairayonicrahakimiyyəti

#Veteranlarictimaibirliyi

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi