"Heydər Əliyev və ədəbiyyat" mövzusunda dərs keçirildi

         264 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Səkinənin rəhbərliyi altında 6 "c" sinfi tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş təqdimat mərasimi keçirildi.

        Təqdimat mərasimi "Heydər Əliyev və ədəbiyyat" mövzusunda təşkil edildi. Ulu öndər Heydər Əliyevin klassik irsə, bədii ədəbiyyata xüsusi qayğı və diqqətlə yanaşması, Azərbaycan ədəbiyyatının, incəsənətinin və mədəniyyətini daim zənginləşdirən, dünyada tanıdan və hərtərəfli inkişafını təmin edən ensiklopedik təfəkkürlü müdrik şəxsiyyət olması kontekstindən müzakirələr və söhbətlər aparıldı. Onun ədəbiyyata və klassik irsə göstərdiyi xüsusi qayğı və diqqəti sayəsində təsirlənən xalq yazıçıları və şairlərinin yaradıcılığında yer alan Heydər Əliyev mövzusuna ithaf olunmuş bədii nümunələr şagirdlər tərəfindən xüsusi ehtiram və məharətlə söylənildi.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#HeydərƏliyev100

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi