Açıq havada dərslərin təşkilinə start verildi

        Yaz-yay mövsümündə dərslərin daha da maraqlı keçilməsi, şagirdlərin dərsə meyil və maraqlarının artırılması məqsədilə məktəb-liseyin direktoru M.Mustafayevanın təşəbbüsü və təşkilatçılığı ilə məktəbin həyətyanı sahəsində təmir işləri aparılmış, açıq havada sinif guşəsi yaradılmışdır.
         Məqsəd-müəyyən fənlərdən mövzulara uyğun dərslərin təbiət qoynunda açıq səmada keçirilməsidir. Bu işdə şagirdlərimiz böyük maraq və həvəslə iştirak etmişlər. Məişət tullantılarından maraqlı əl işləri düzəldərək bağçanı daha da abadlaşdırıb, al-əlvan edəcəklər.
26 aprel tarixində guşənin açılışından sonra M.Mustafayeva valideynlərlə görüşü zamanı bu layihənin çox məqsədəuyğun olması vurğulanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi