ZƏFƏRƏ GEDƏN YOL ADLI TƏDBİR KEÇİRİLDİ

             05 aprel 2023-cü il tarixində 264 nömrəli məktəb-liseydə aprel döyüşlərinə həsr olunmuş "Zəfərə gedən yol" adlı tədbir keçirildi.
           Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, Xətai rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Respublikasının Şəhid ailələrinin əlillərinin və müharibə veteranlarının ictimai birliyinin üzvləri və s. iştirak etdilər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
           Tədbiri açıq elan edən məktəbin direktoru Mehriban xanım Mustafayeva çıxışında bildirdi ki, 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətməsini, lakin qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vuraraq, layiqli cavab vermişdir.
Daha sonra şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirildi və videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi